“…bizi daha çox qəzəbləndirdi” – Ronaldo

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya A Seriyasının 10-cu turunda “Cenoa”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu, 2:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Kompakt komandaya qarşı çətin oyun oldu. Ancaq biz “Yuventus”uq və sona qədər mübarizə aparmalıyıq ki, bunu da etdik.

Üç xal qazandığımız üçün xoşbəxtəm. Çoxlu qol imkanlarımız oldu və qazanmağa layiq idik. Oyundan əvvəl “İnter”in liderliyə yüksəlməsi bizi daha çox qəzəbləndirdi”.

“Yuventus” hazırda 10 turdan sonra 26 xalla liderdir. “İnter” isə 25 xalla ikinci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button