“Bu, mənim turnirimdir, burda oynamaq istəyirəm” – Ronaldo

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında “Bayer”i məğlub etdikləri oyundan (2:0) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu, ÇL-in qrup mərhələsindəki çıxışlarından danışıb:

“Gözəl bir Çempionlar Liqası axşamını başa vurduq. Bu, mənim turnirimdir, burda oynamaq istəyirəm. Əsas olan komandanın uğurlarıdır. “Bayer”lə matçın ikinci hissəsində daha yaxşı oynadıq və qollar vurub, qələbə qazandıq.

Qrup mərhələsini pis keçirmədik, sadəcə bir oyunda məğlub olduq. Çətin qrupa düşmüşdük. İnamla oynayıb, pley-off mərhələsinə yüksəldik. İndi rəqibimizi gözləyirik. Görək bu hansı komanda olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button