Morata İngiltərəyə qayıdır?

“Yuventus”un futbolçusu Alvaro Morata karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Tottenhem” klubu 28 yaşlı hücumçuyla maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. London təmsilçisi ispan futbolçunu klubdan ayrılacağı gözlənilən Harri Keynə əvəzləyici kimi görür.

Morata daha əvvəl – 2017-2019-cu illərdə Premyer Liqa təmsilçisi “Çelsi”də çıxış edib.