“Onların bu istəyi mənim özümü rahat hiss etməyimə kömək edir” – Pirlo

“Yuventus”un baş məşqçisi Andrea Pirlo açıqlama verib.

Komanda.az xəbər verir ki, “Football İtalia” nəşrinə danışan Pirlo, “qoca sinyora”nın çempionluq üçün mübarizə apardığını deyib:

“Spetsiya” ilə matç bizim üçün vacibdir. Çünki çempionluq mübarizəmizi davam etdirməliyik. Qarşılaşmanın ilk dəqiqələrindən intensiv hücumlar qurmalıyıq.

Futbolçularımın da skudetto üçün mübarizə apardığını bilirəm, onlar bunu düşünməsəydilər, mən də bu haqda danışmazdım. Onlar çempionluğa inanırlar və titul uğrunda mübarizəyə davam edirlər. Onların bu istəyi mənim özümü rahat hiss etməyimə kömək edir”.

İtaliya A Seriyasının 25-ci turu çərçivəsində bu gün keçiriləcək “Yuventus” – “Spetsiya” matçı saat 23:45-də start götürəcək. “Yuventus” turnir cədvəlində 46 xalla 4-cü sıradadır. Turinlilər lider “İnter”dən 10 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button