Pirlo: “Hər zaman öz işimizi çətinə salırıq”

“Yuventus”un baş məşqçisi Andrea Pirlo İtaliya A Seriyasının 29-cu turu çərçivəsində “Torino”ya qarşı keçirdikləri səfər matçını şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pirlo, 2:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Yaxşı başladıq, hesabda önə keçdik. Sıx müdafiə olunan komandalara qarşı çətinlik çəkirik. İkinci hissədə daha yaxşı olacağımıza ümid etdik. Lakin hissənin əvvəlində səhv etdik. Hər zaman öz işimizi çətinə salırıq. Bir saniyə belə, diqqətimizi itirməməliydik”.