Pirlo üzr istədi

“Yuventus”un baş məşqçisi Andrea Pirlo İtaliya A Seriyasının 24-cü turu çərçivəsində “Verona”ya qarşı keçirdikləri səfər matçını şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pirlo, 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Bu nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm. Olduqca çətin bir oyun oldu. Rəqibimizin necə aqressiv və hücum gücü yüksək komanda olduğunu bilirdik. Buna baxmayaraq, ilk qolu biz vurduq.

Son oyunlarda sıx qrafikə görə bir neçə futbolçunu oynatmıram. Bu, rəqiblərimiz üçün bir fürsətə çevrilir. “Verona”nın təzyiqinə qarşı oynamaq asan deyil. Futbolçu ona top gələnə kimi nə edəcəyini düşünməlidir. Belə bir çətin oyunda bütün diqqətimizi cəmləməli idik”.