Buffonun forma nömrəsi məlum oldu

“Yuventus”a transfer olunan Canluici Buffonun forma nömrəsi bəlli olub.

Komanda.az xəbər verir ki, 41 yaşlı qolkiper Turin təmsilçisində 77 nömrəli formada mübarizə aparacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Peşəkar karyerasına “Parma”da başlayan, 2001-2018-ci illər aralığında “Yuventus”da çıxış edən Buffon, ötən yay PSJ-yə transfer edilmişdi. Lakin mövsüm bitəndən sonra Paris klubu italiyalı qolkiperlə müqavilənin müddətini uzatmaqdan imtina etmişdi.

Buffon “Yuventus”la 1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button