
“Yuventus” 3 futbolçunun transferini planlaşdırır
“Yuventus” yay transfer dövründə heyətini gücləndirməyi planlaşdırır.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisinin maraq dairəsində bir neçə futbolçu yer alıb.
İtaliya klubunun əsas hədəfləri arasında Emiliano Martines (qapıçı), Kim Min-Jae və Tarik Muharemoviç (hər ikisi müdafiəçi) var.
Martines hazırda “Aston Villa”nın, Kim Min-Jae “Bayern”in, Muharemoviç isə “Sassuolo”nun şərəfini qoruyur.
“Yuventus” ötən mövsüm A Seriyasında 69 xal toplayaraq, turnir cədvəlini 6-cı pillədə başa vurub. Turin təmsilçisi növbəti mövsümdə UEFA Avropa Liqasında mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



