“Yuventus” son turu onsuz keçirəcək

“Yuventus”un futbolçusu Joao Kanselo İtaliya A Seriyasının sonuncu turunun “Sampdoriya” ilə matçında iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kanselonun burnundan əməliyyat olunduğu və son turda iştirak etməyəcəyi bildirilib.

“Sampdoriya” – “Yuventus” matçı mayın 26-da, saat 20:00-da start götürəcək.