
“Yuventus” onunla yeni müqaviləni müzakirə edəcək
“Yuventus” hücumçusu Duşan Vlahoviçlə müqavilənin müddətinin uzadılması məsələsini müzakirə etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər martda görüş keçirməyi planlaşdırır. Klub rəhbərliyi 26 yaşlı futbolçunun agenti ilə əməkdaşlığın davam etdirilməsi üçün yeni şərtləri razılaşdırmağa çalışacaq.
Daha əvvəl serbiyalı forvardın Turin təmsilçisini demək olar ki, mütləq tərk edəcəyi bildirilirdi. Ancaq son vaxtlar vəziyyət dəyişib və tərəflər arasında danışıqlar yenidən aktuallaşıb.
Vlahoviçin “Yuventus”la hazırkı müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq. Onun komandada qalmaq üçün maaşında ciddi azalmaya razılaşmalı olacağı ehtimal edilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



