Ronaldodan növbəti rekord

“Yuventus” İtaliya A Seriyasının 2-ci turunda “Roma” ilə qollu bərabərə qalıb – 2:2.

Komanda.az xəbər verir ki, görüşdə Turin təmsilçisinin hər iki qolunu vuran Kriştiano Ronaldo yeni rekorda imza atıb. Belə ki, portuqaliyalı hücumçu TOP-5 Liqasında 450 qol vuran ilk futbolçu olub. Ronaldo, bu göstəriciyə 554 oyunda nail olub.