İngiltərə millisinin qapıçısı “Yuventus”a təklif olunub

“Everton”un və İngiltərə millisinin qapıçısı Cordan Pikford “Yuventus”un potensial transfer hədəfidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qoca sinyora” yeni qapıçı axtarır və ingilis futbolçu vasitəçi ilə kluba təklif olunub. Lakin “Yuventus”un bu seçimə nə dərəcədə maraq göstərdiyi hələ məlum deyil.

“Yuventus”un daha əvvəl Premyer Liqanın digər tanınmış qapıçısı, “Aston Villa”nın oyunçusu Emiliano Martineslə də maraqlandığı bildirilib.

Pikford 2025-ci ilin payızında “Everton”la 2029-cu ilə qədər olan yeni müqavilə imzalayıb. “Transfermarkt” futbolçunun bazar dəyərini 13 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button