Kane “Olimpiakos”a lazım olmadı

Yunanıstanın “Olimpiakos” klubu Avropa Liqasında “Atalanta”ya qarşı keçirəcəyi oyunlar üçün heyətini açıqlayıb.

Komanda.az xəbər verir ki, Pirey təmsilçisinin UEFA-ya təqdim etdiyi siyahıda “Neftçi”dən transfer edilən Mamadu Kanenin adı yer almayıb. Qvineyalı yarımmüdafiəçi baş məşqçi Pedro Martinsə lazım olmayıb.

“Olimpiakos” ötən ilin yayında Kaneni “Neftçi”dən transfer edib, yenidən “ağ-qaralar”a 1 illik icarəyə vermişdi. Yunanıstan təmsilçisi qış fasiləsində Kaneni geri çağırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button