“Yenidən futboldan zövq almaq istəyirəm” – Diakabi

“Qarabağ”ın yeni transferi Adama Diakabi Ağdam klubuna keçidindən danışıb.

Komanda.az xəbər verir ki, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Polşanın “Rakuv” komandasına qarşı keçirdikləri yoxlama oyunundan (0:3) ilk matçına da çıxan futbolçu bunları söyləyib:

“Burada olmaqdan çox məmnunam. Bu gün həm müqavilə imzaladım, həm də ilk oyunumu keçirdim. Komanda haqqında məlumatım var idi. Burada əvvəldən tanıdığım futbolçular var. Məsələn, Abdullah Zubiri qeyd edə bilərəm. O, “Qarabağ” barədə yalnız xoş sözlər danışır. Yeni komandama qoşulduğum üçün xoşbəxtəm. Yenidən futboldan zövq almaq istəyirəm.

Təxminən 1 il əvvəl Bakıya gəlmişdim. Həmin vaxt “Qarabağ”ın bazası və şəhər ilə tanış oldum. Həmçinin komandanın bir çox oyunlarını izlədim. Fransanın “Olimpik” (Marsel), Yunanıstanın “Olimpiakos” komandası ilə matçlara baxdım. Təəssüratlarım yaxşıdır”.

Uzun müddət futbol oynamadığını söyləyən təcrübəli futbolçu əvvəlki formasını mümkün qədər tez bərpa etməyə çalışdığını vurğulayıb: “Məşqçilər heyəti ilə hər gün işləyirik. Addım-addım irəliləyirik. Qarşıdakı Konfrans Liqasının pley-offuna hazırlaşırıq”.

Xatırladaq ki, Diakabi bu gün Ağdam klubu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button