Depay qol vurdu, “Barselona” qələbə qazandı VİDEO

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Barselona” komandası yoxlama matçı keçirib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi Sequndada çıxış edən “Jirona” ilə qarşılaşıb. Görüş “Barselona”nın 3:1 hesablı qələbəsiylə başa çatıb.

Kataloniya təmsilçisinin qollarını Jerar Pike, Rey Manay və yeni transfer Memfis Depay vurub. Depay və Pike penaltidən fərqlənib. “Jirona”nın təsəlli qolunu Says vurub.