“Bizə ən azı daha üç transfer pəncərəsi lazımdır” – Konte

“Tottenhem”in baş məşqçisi Antonio Konte Premyer Liqa klublarının yay transferlərindən danışıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, yay transfer pəncərəsində əllərindən gələni etdiklərini deyib:

“Transfer pəncərəsinin son günündə bir oyunçu ilə 80-100 milyon funt-sterlinq qarşılığında müqavilə imzalasaz, üstünlüyünüz var. Bu o deməkdir ki, komandanızda yüksək səviyyəli futbolçu var. Siz həmçinin, oyunçuları pulsuz və ya icarəyə götürə bilərsiz, lakin bu başqa hekayədir.

Bir məqama aydınlıq gətirmək istəyirəm. İnanıram ki, yay transfer pəncərəsində əlimizdən gələni etdik. Maddi durumumuzun necə olduğunu bilirdik və aydın fəaliyyət planımız var idi. Digər top-komandaların kompozisiyalarını görürəm və onlardan nə qədər uzaq olduğumuzu anlayıram. Rəqabətli olmaq, Premyer Liqada titul uğrunda mübarizə aparmaq və Çempionlar Liqasında yer almaq üçün bizə ən azı daha üç transfer pəncərəsi lazımdır. O zaman biz daha yaxşı ola və rəqiblərlə eyni səviyyəyə yüksələ bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button