DÇ-2022: “Luis Enrikenin çoxlu alternativləri var” – Karvahal

İspaniya millisinin və “Real”ın müdafiəçisi Dani Karvahal DÇ-2022-nin ikinci turunun Almaniya ilə oyunu (1:1) barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Almaniya millisini favoritlər siyahısında gördüyünü bildirib:

“Qələbə qazanmaq istəyirdik. Yaxşı oynadıq, amma rəqib də özünü sübut edə bildi. Almaniya həmişə favoritlər sırasındadır. Ona görə də, təslim olmaq fikrində deyildilər”.

Karvahal İspaniya millisinin yaxşı formada olduğunu deyib:

“Yaponiyaya qalib gəlsək, qrup birincisi olacağıq. Bunu etməliyik. Baş məşqçinin etibar edə biləcəyi 26 futbolçu var. Hamımız yaxşı formadayıq və meydanda komandaya kömək etməyə hazırıq. Baş məşqçimiz Luis Enrikenin çoxlu alternativləri var”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button