Yarımfinalçılar bəlli oldu – İngiltərə kubokunda

Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

Sonuncu oyun günündə “Çelsi” “Şeffild Yunayted”i qəbul edib və inamlı qələbə sayəsində yarımfinala yüksəlib. Səfərdə “Lester Siti” ilə qarşılaşan “Mançester Yunayted” isə mübarizəni dayandırıb.

İlk oyun günündə “Sauthempton” “Bornmut”a, “Mançester Siti” isə “Everton”a qalib gəlməklə növbəti mərhələyə vəsiqə qazanmışdı.

Beləliklə, aprelin 17-18-də keçiriləcək yarımfinal görüşlərində “Mançester Siti” “Çelsi”ylə, “Lester Siti” isə “Sauthempton”la qarşılaşacaq.

İngiltərə Kuboku, 1/4 final

20 mart

Everton – Mançester Siti – 0:2
Qol
: İ.Gündoğan, 84. De Bruyne, 90.

Bornmut – Sauthempton – 0:3
Qol
: Djenepo, 37. Redmond, 45+1; 59.

21 mart

Çelsi – Şeffild Yunayted 2:0
Qol
: Norvud, 24-öz qapısına. Ziyeş, 90+2.

Lester Siti – Mançester Yunayted 3:1
Qol
: İheanaço, 24; 78. Tilemans, 52 – Qrinvud, 38.