Asiya kubokunun qalibi PSJ-yə keçdi

“Şanxay Şenqli”nin yarımmüdafiəçisi Yanq Lina PSJ-yə icarəyə verilib.

Komanda.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Çinin Şanxay şəhərində anadan olan Yanq Lina 2015-ci ildə Çin qadınlar futbol liqasında çıxış edən “Şanxay Şenqli”yə qoşulub. O, doğma klubu ilə ilk mövsümündə Çin kubokunun “qızıl butsu”nu qazanıb. Dörd il sonra Lina eyni formanı geyinərək ölkə çempionu olub.

Yanq Lina 2021-ci il Tokio Olimpiadasında iştirak etdikdən sonra Çin komandası ilə 2022-ci ildə qadınlar arasında Asiya kubokunun qalibi olub. O, Çin millisində 24 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button