“Xəzri”dən ardıcıl ikinci qələbə

Azərbaycan Basketbol Liqasında 2-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Xəzri” “Gəncə” ilə üz-üzə gəlib.

Qarşılaşma paytaxt klubunun 93:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular “Xəzri”dən Endryu Platek (19 xal, 5 ribaund), “Gəncə”dən isə Derek Rouds (19 xal, 1 ribaund) olublar.

Turun digər oyunları (“Sumqayıt” – “Xırdalan”, “Cəlilabad” – “Neftçi”, “Şəki” – “Sərhədçi”, “NTD-INDIGO” – “Sabah”) 3-5 noyabr aralığında baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button