
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi məlum olub.
Komanda.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.
“Qarabağ” daha yüksək reytinqə malik komandaların düşdüyü səpələnmişlər səbətində yer alıb. Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibi “Vestri” (İslandiya) olub. Ağdam təmsilçisi ilk oyunu evdə keçirəcək.
1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



