AÇ-2020: “Yaxşı nəticə olmadı” – Modriç

Xorvatiya millisinin futbolçusu Luka Modriç AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Çexiya yığmasına qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Modriç, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Yaxşı nəticə olmadı, çünki qələbə qazana bilmədik. Oyuna yaxşı başlamadıq, lakin ikinci hissədə daha üstün idik. Çoxlu qol vura bilərdik. Alınmadı, qələbə qazana bilmədik. Qrupdan çıxmaq üçün Şotlandiya yığmasını məğlub etmək məcburiyyətindəyik”.