“Xaviyə çox minnətdaram” – “Barselona”nın müdafiəçisi

“Barselona”nın futbolçusu Ronald Arauxo Kataloniya klubundakı gələcəyindən danışıb. Müdafiəçinin sözlərinə görə, o, İspaniyada özünü xoşbəxt hiss edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu gələcəyinin klubdan aslı olduğunu bildirib:

“Gələcəyim klubdan asılıdır. Hamı bilir ki, mən “Barsa”da çox xoşbəxtəm və baş məşqçi Xaviyə çox minnətdaram”.

Arauxo 2018-ci ildən “Barselona”da çıxış edir. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib və 1 qol vurub. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button