Xavinin “Barselona”ya baş məşqçi təyin olunacağı vaxt açıqlandı

Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi Ernandesin İspaniya “Barselona”sının “sükanı arxasına” keçəcəyi vaxt müəyyənləşib.

Komanda.az “Sky Sport”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssisin təyinatını noyabrın 8-də açıqlayacaq.

İddiaya görə, onunla 2024-cü ilin yayınadək müqavilə imzalanacaq.

Daha öncə İspaniya mətbuatı “Barselona” rəhbərliyinin Xavi və “Əl Sədd” rəhbərliyi ilə danışıqlar aparmaq üçün Qətərə yola düşdüyünü yazıb. “Əl Sədd” rəhbərliyinin Xavini buraxmaq üçün “Barselona”dan 1 milyon avro təzminat tələb etdiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button