“Laporta “Barselona” tarixinin ən yaxşı prezidentidir” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi klub prezidenti Xuan Laporta haqda danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Laportanı klub tarixinin ən yaxşı prezidenti adlandırıb:

“Klubun daxilində olduğum üçün vəziyyəti son dərəcə düzgün qiymətləndirirəm. Düşünürəm ki, Laporta klubu çox çətin iqtisadi və idman dövründə götürüb. O, böyük bir hədəfə nail olmaq üçün işlərin yarısını görüb.

Məncə, Laporta “Barselona” tarixinin ən yaxşı prezidentidir və bunu bir daha sübut etməlidir. O, təcrübəli, pozitivdir və liderlik keyfiyyətləri var. “Barselona”nı indiki vəziyyətdən çıxara biləcək kimsə varsa, o, Laportadır”.

Laportanın 2003-2010-cu illərdə “Barselona”ya rəhbərliyi dövründə komanda 4 dəfə La Liqanı, 2 dəfə Çempionlar Liqasını qazanmaqla ümumilikdə 12 kuboka yiyələnib. 

Xavi mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayıb. Hazırda onun komandası La Liqada 58 xalla 3-cü pillədə qərarlaşıb və lider “Real”dan 8 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button