Xarici KİV: “Sabah” polşalı müdafiəçi ilə 3 illik müqavilə bağlayacaq

İcarə əsasında “Sabah”da çıxış edən Timoteuş Puxaçın karyerasını hazırkı klubunda davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə “meczyki.pl” portalı məlumat yayıb.

​Azərbaycan çempionu polşalı müdafiəçi üçün satınalma bəndini işə salacaq. “Sabah” 27 yaşlı futbolçunu bir neçə yüz min avro qarşılığında transfer edəcək. Son vaxtlar təzminatın yekun məbləği ilə bağlı danışıqlar davam edirdi. Artıq hər şey razılaşdırılıb və yekunlaşıb. Transferin rəsmi şəkildə tamamlanması üçün yalnız imzalar qalır. Polşa millisinin üzvünün Bakı klubu ilə üç illik müqavilə imzalayacağı gözlənilir.

​Puxaç 2025-ci iilin sentyabrından “Sabah”da çıxış edir. Sol cinah müdafiəçisi Masazır təmsilçisinin heyətində  32 qarşılaşmada meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button