Xarici KİV: “Qarabağ” məşhur futbolçu ilə maraqlanır

“Fənərbaxça”dan ayrılan məşhur futbolçu Duşan Tadic karyerasını Azərbaycanda davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyənin “haberler.com” saytı Niderland mətbuatına istinadən məlumat yayıb.

“Qarabağ”ın 36 yaşlı serbiyalı yarımmüdafiəçi ilə maraqlandığı bildirilib. Ölkə çempionu rəsmilərinin Tadicin agenti ilə əlaqə saxladığı da xəbərdə yer alıb.

Tadic ötən mövsüm İstanbul təmsilçisində 53 oyunda 13 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button