
Xarici KİV: “Qarabağ” İsrail klubunun futbolçusu ilə maraqlanır
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Komanda.az xəbər verir ki, söhbət İsrailin “Hapoel” (Beer-Şeva) klubunun dayaq yarımmüdafiəçisi Lukas Venturadan gedir. Bu barədə Bolqarıstanın “KotaSport” portalı məlumat yayıb. Ağdam təmsilçisi braziliyalı futbolçunu təcili transfer etmək istəyir və bu məqsədlə böyük miqdarda pul ödəməyə hazırdır. Həmçinin, “Qarabağ” ona hazırkı klubunda aldığı maaşdan xeyli çox gəlir təklif edib.
İddiaya görə, Ventura ilə ÇSKA (Sofiya) da maraqlanır. Amma Venturanın “Qarabağ”a keçidə razılıq verəcəyi ehtimal edilir.
Venturanın “Hapoel”lə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 1,4 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



