Osimhenin “Yuventus”a keçidini mümkünsüz edən maddə

“Yuventus”a rəğbəti ilə tanınan “Qalatasaray”ın hücumçusu Viktor Osimhenin yaxın gələcəkdə Turin klubuna transferi gözlənilmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdakı yay transfer dövründə bu keçidin baş tutma ehtimalı demək olar ki, sıfıra bərabərdir. Buna səbəb isə onun daha əvvəl çıxış etdiyi “Napoli”nin müqaviləyə əlavə etdirdiyi xüsusi maddələrdir. Həmin şərtlər “Qalatasaray”ın Osimheni A Seriyası təmsilçilərinə satmasına imkan vermir.

Nigeriyalı forvard UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus”a qarşı keçirilən və İstanbul klubunun ümumi hesabda 7:5 qalib gəldiyi qarşılaşmaların əsas qəhrəmanlarından biri olub.

Osimhen həm oyunlardan əvvəl, həm də sonra “Yuventus”a böyük hörmətlə yanaşdığını bildirib və gələcəkdə bu kluba keçid ehtimalını tam istisna etmədiyini vurğulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button