Xarici KİV: Mbappe “Real”la anlaşıb

PSJ-nin hücumçusu Kilian Mbappe “Real” klubu ilə anlaşıb.

Komanda.az xəbər verir ki, bu barədə “FootMercato” məlumat yayıb.

Məlumatda bildirilib ki, Madrid təmsilçisi 25 yaşlı hücumçu ilə tam razılığa gəlib. O, “kral klubu” ilə müqavilə imzalayacaq və parislilərlə müqaviləsi bitdikdən sonra komandaya qoşulacaq.

Mbappe cari mövsümdə PSJ-də 24 oyun keçirib, 25 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button