Volkovun 200-cü oyunu

Premyer Liqanın 31-ci turu “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, turnirdə 200-cü oyununu keçirib.

Gürcüstanlı legioner “İmişli” ilə səfər matçının (0:0) 61-ci dəqiqəsində meydana daxil olub. Hücumçu 200 görüşdə 60 qola imza atıb.

Debütü 2018/2019 mövsümünə təsadüf edən Volkov Premyer Liqada üç klubda çıxış edib. O, “Qəbələ”də 27 (7 qol), “Sabah”da 63 (16 qol), “Zirə”də 110 (37 qol) matçın iştirakçısı olub.

Volkov Premyer Liqada 200-cü oyunu cari mövsümə təsadüf edən 5-ci futbolçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov, Elvin Yunuszadə və Abdullah Zubir buna nail olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button