Vinq çun üzrə Bakı turniri: 120 idmançı tatamiyə çıxdı – FOTO

Fevralın 21-də Azərbaycan Vinq Çun Federasiyasının təşkilatçılığı ilə Bakı Biznes Universitetinin idman arenasında vinq çun-kontak növü üzrə klublararası açıq turnir keçirilib.

Turnirdə 120-yə yaxın idmançı tatamiyə çıxaraq gücünü, texnikasını və döyüş ruhunu nümayiş etdirib. Gərgin və maraqlı qarşılaşmalar şəraitində keçən yarışda iştirakçılar qələbə uğrunda mübarizə aparıblar.

Komanda.az xəbər verir ki, qaliblər gələn ay keçiriləcək Bakı çempionatında iştirak etmək üçün lisenziya qazanıblar.

Yarışın ədalətli və peşəkar səviyyədə təşkili federasiyanın baş hakimi Hakim Tağıyev və baş katibi Arzuman Rəsulzadənin rəhbərliyi ilə təmin edilib.

Turnirdə Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov və digər fəxri qonaqlar iştirak edərə, idmançılara öz dəstəklərini göstərib, onlara gələcək yarışlarda uğurlar arzulayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button