“Vilyarreal”ı La Liqanın digər klubuna dəyişdi

İspaniyanın “Xetafe” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub La Liqanın digər təmsilçisi “Vilyarreal”dan müdafiəçi Sofyan Çaklanı heyətinə qatıb.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı mərakeşli futbolçu mövsümün sonuna qədər icarə əsasında “Xetafe”nin uğurları üçün çalışacaq.

Çakla 2019-cu ilin yayından “Vilyarreal”ın uğurları üçün çalışır. O, daha öncə “Malaqa”, “Betis”, “Videoton”, “Roda”, “Exido”, “Almeriya” və “Melilya” klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button