“Vilyarreal” 16 ildən sonra buna nail oldu

Futbol üzrə İspaniya La Liqasının 18-ci turu çərçivəsində baş tutan “Selta” ilə oyun “Vilyarreal” üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, qonaqlar bu görüşdə 4:0 hesabıyla qalib gəliblər.

Sözügedən komanda tarixində 3-cü dəfə səfərdə 4 top fərqi ilə qalib gəlib. “Vilyarreal” sonuncu dəfə 2005-ci ildə “Real Sosyedad”ı 4 cavabsız qolla məğlub edib.

Unay Emerinin başçılıq etdiyi kollektiv 18 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button