AFFA nümayəndələri UEFA-nın seminarında

Videokonfrans formatında UEFA-nın Klubların Lisenziyalaşdırılması və “Maliyyə Fair Play”i mövzusuna həsr olunmuş seminar keçirilib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev, qrupun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərovun iştirak etdiyi seminarda aşağıdakı qeyd olunan mövzülar müzakirə olunub:

  • UEFA-nın Klubların Lisenziyalaşdırılması və “Maliyyə Fair Play” sisteminin inkişafı
  • Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartları
  • Klublara Maliyyə Nəzarəti Orqanının (Club Financial Control Body (CFCB) fəaliyyəti və s.