“Vest Hem”dən “Beşiktaş”a

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Vest Hem” klubundan Artur Masuakunu transfer edib.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Transferin detalları açıqlanmasa da, 28 yaşlı futbolçunun 2022/23 mövsümünün sonunadək icarə əsasında “Beşiktaş”da çıxış edəcəyi bildirilir.

Konqo Demokratik Respublikasından olan Masuaku, 2016-cı ildən “Vest Hem”də çıxış edir. İngiltərə klubunda 129 oyun keçirib, 2 qol vurmuş futbolçu daha öncə “Valensyen” və “Olimpiakos”un da uğurları üçün çalışıb. Ölkəsinin milli komandasında 11 oyun keçirmiş futbolçu, 1 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button