“Şamaxı”dan Qətər komandasına 3 cavabsız qol

“Şamaxı” yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxalama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, bölgə təmsilçisi bu gün Qətərin 2-ci liqa təmsilçisi “Əl-Xaritiyat”la üz-üzə gəlib.

Qəbələdə keçirilən görüşdə “Şamaxı” 3 cavabsız qola sevinib. Qolları Uğur Cahangirov, Emin Rüstəmov və Edqar Adilxanov vurublar.

Xatırladaq ki, “Şamaxı” ilk yoxlama matçında “Kəpəz”lə qolsuz heç-heçə etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button