“Verder”dən səfərdə inamlı qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 20-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, “Arminiya” doğma meydanda “Verder”lə üz-üzə gəlib.

Qonaqlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar. Bu qələbə sayəsində xal hesabını 30-a yüksəldən “Verder” 12-ci pillədə qərarlaşıb. “Arminiya” isə 19 xalla 16-cı sırada qalıb.

Xatırladaq ki, fevralın 7-də keçirilməli olan “Arminiya” – “Verder” matçı əlverişsiz hava şəraiti – güclü qar səbəbindən təxirə salınmışdı.

Almaniya Bundesliqası
20-ci turun oyunu

10 mart

Arminiya – Verder 0:2
Qol
: Sargent, 47. Mohvald, 75.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button