Venesuela millisinin futbolçusu “Neftçi”də

“Neftçi” növbəti keçidini rəsmiləşdirib.

Klubdan Komanda.az-a verilən məlumata görə, “ağ-qaralar” Venesuela millisinin yarımmüdafiəçisi Freddi Varqasla anlaşıb.

26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb.

Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button