Valbuena “Neftçi”ylə oyun haqda: “Çətinliklər olacaq”

Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Matye Valbuena “Neftçi”ylə keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci mərhələsinin cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, fransalı yarımmüdafiəçi, Bakıdakı oyunun çətin keçəcəyini bildirib:

“İlk oyundakı kimi cavab görüşündə da çətinliklər olacaq. Meydanda əlimizdən gələni edəcəyimizə əminəm”.

İyulun 28-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Olimpiakos” matçı saat 20:00-da başlayacaq. Bakılılar ilk oyunda 0:1 hesabı ilə məğlub olub.