
“Mançester Yunayted”in yarımmüdafiəçisi “Milan”a təklif olunub
“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Milan”a təklif olunub. Uqarte, transferi baş tutacağı təqdirdə, yaxın vaxtlarda “qırmızı-qaralar”ın yeni baş məşqçisi olması gözlənilən Ruben Amorimlə yenidən birlikdə çalışa bilər.
Bununla belə, hazırda klublar arasında futbolçunun transferi ilə bağlı hansısa rəsmi danışıqlar başlamayıb.
Uruqvaylı yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 24 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



