“Ümid edirəm ki, stadion oyuna üç saat qalmış dolacaq”

İspaniyalı mütəxəssis Pep Qvardiola İngiltərə Premyer Liqasının 33-cü turunun “Mançester Siti” – “Arsenal” matçından gözləntilərini açıqlayıb.

Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, o, londonlularla keçiriləcək oyunu final görüşü hesab edir:

“Aprelin 26-da İngiltərədə indiyə qədər çox yaxşı çıxış edən və bizi beş xal qabaqlayan komanda ilə final qarşılaşması keçirəcəyik.

Futbolçular oyun ərzində elə hərəkətlər edirlər ki, bəzən onları dayandırmaq çətin olur. Bizim üçün çox vacib oyun olacaq.

Bilirik ki, qazanacağımız qələbə taleyimizi yalnız özümüzdən asılı hala salmağa doğru addım atmağa bizə şərait yaradacaq. Ümid edirəm ki, stadion oyuna üç saat qalmış dolacaq”.

Xatırladaq ki, qarşılaşma aprelin 26-da, Mançester şəhərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button