“Ümid edirəm ki, Messi ilə yenidən birlikdə oynayacağıq” – Neymar

“Əl-Hilal”ın hücumçusu Neymar “İnter Mayami”nin futbolçusu Lionel Messi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçu haqda bunları deyib:

“Ümid edirəm ki, yenidən birlikdə oynayacağıq. Messi böyük futbolçudur, bunu hamı yaxşı bilir. Düşünürəm ki, o, Mayamidəki hər şeydən razıdır. O, xoşbəxtdirsə, mən də xoşbəxtəm”.

Messi ötən yay azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 17 matçda iştirak edib, 14 qol vurub və 6 məhsuldar ötürmə edib. Argentinalı futbolçunun klubla hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button