“Onu riskə atmaq istəmirik” – Zidan

İspaniya La Liqasının 34-cü turu çərçivəsində “Atletik”lə qarşılaşacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan komandanın futbolçusu Eden Hazardla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan fransalı mütəxəssis, Hazardın oyunda iştirak edib-etməməsi barədə bunları deyib:

“Hazard son bir neçə gündə narahatlıq yaşadı. Onu riskə atmaq istəmirik. Ümid edirəm, ciddi bir şey deyil və tez bir zamanda sağalar. Hazardın komandada keçirdiyi ilk ildir və bizə kömək etmək istəyir. Onun tamamilə hazır olduqdan sonra oyunlarda iştirak etməsini istəyirəm. Ümid edirəm ki, çempionat bitməmişdən əvvəl onu yenidən meydanda görə bilərik”.

“Atletik” – “Real” oyunu bu gün, saat 16:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button