Ulu Öndərin 100 illiyinə həsr olunan turnirin qalibi bəlli oldu

AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçirilib.

Komanda.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan turnirdə AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Partnyorlardan ibarət 10 komanda mübarizə aparıb.

Hərəsində 5 komanda olmaqla 2 qrup üzrə oyunlar keçirilib. Öz qruplarında birinci yeri tutan PFL və Veteranlar komandaları final oyununda qarşılaşıb. Rəqibini 6:2 hesabı ilə məğlub edən Veteranlar turnirin qalibi olublar.

Turnirdə ilk iki yeri tutan komandalara medallar təqdim edilib. Medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, assosiasiyanın baş katibi Sərxan Hacıyev təqdim ediblər.

Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, media əməkdaşları, könüllülər, azarkeşlər və futbol ailəsinin üzvləri istirak ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button