Ukraynalı basketbolçu küçədə bıçaqlanaraq öldürüldü

Ukraynanın gənclərdən ibarət millisinin basketbolçusu Vladimir Yermakov Almaniyada faciəvi şəkildə vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə Kiyev Basketbol Federasiyası məlumat yayıb.

Düsseldorfda 17 yaşlı idmançı və onun dostu Artyom Kozaçenko küçədə bıçaqlanıb. Kozaçenko hazırda reanimasiyadadır.

İlkin ehtimala görə, onlara ərəb ölkələrindən olan şəxslər hücum ediblər.

Hər iki oyunçu Almaniyada “ART Giants” klubunun gənclər komandasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button