Ukrayna millisinə texniki məğlubiyyət verildi – ruslara görə

Qılıncoynatma üzrə kişilərdən ibarət Ukrayna millisi Misirin paytaxtı Qahirədəki dünya kubokunda texniki məğlubiyyət alıb.

Komanda.az “sport.ua” saytına istinadən xəbər verir ki, buna Ukrayna millisinin Rusiya ilə 1/8 final görüşünə çıxmaması səbəb olub.

Ukraynalı idmançılar ruslarla qarşılaşmaqdan imtina etdikləri üçün texniki məğlubiyyət alıblar.

Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button