Ukrayna futbolu da koronavirusla tanış oldu

Ukrayna futbolunda ilk koronavirus hadisəsi yaşanıb.

Komanda.az xəbər verir ki, “Minay” klubunun futbolçularının birində koronavirus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirus aşkarlanan futbolçunun hazırda karantində olduğu bildirilir.

Bu, Ukraynada futbolçular arasında ilk koronavirusa yoluxma hadisəsidir.

“Minay” klubu tezliklə bütün işçiləri, futbolçuları və məşqçilər heyətini koronavirus testindən keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button