“Sabah” UEFA reytinqində Azərbaycanın əmsalını artırdı

“Sabah” UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Komanda.az xəbər verir ki, bu, komandanın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi TNS-i məğlub etməsi sayəsində mümkün olub.

Masazır təmsilçisinin qalibiyyəti ölkəyə 0,250 əmsal qazandırıb.

Azərbaycan hazırda (18,812 əmsal) 26-cı pillədə qərarlaşıb. 27-ci sırada Slovakiya (18,250), 25-ci mövqedə İsrail (20,750) yer alıb.

İngiltərə 101.852 əmsalla UEFA reytinqində liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button