UEFA “Qarabağ”ın hesabına pul köçürdü

UEFA tərəfindən “Qarabağ” klubunun hesabına maliyyə vəsaiti köçürülüb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Məlumatda deyilir: “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqası turnirinin qrup mərhələsində çıxışına görə (1 qələbə üçün 570.000 avro, 1 heç-heçəyə görə 190.000 avro) və Azərbaycan Premyer Liqasının  2018/19 mövsümündə klubun turnir cədvəlində mövqeyinə görə 21.000 avro (market-pool – ilkin ödəniş) vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.